“Xristov və Kostova hələ çox çalışmalıdırlar”
23.04.2012 - 15:45
“Xristov və Kostova hələ çox çalışmalıdırlar”
“Mən idmançılarımız – Valentin Xristovla Boyanka Kostovanın Azərbaycan yığmasının heyətində Avropa çempionu olmasına şad oldum. Onlar bolqar olaraq, qalırlar, hərçənd indi başqa millinin şərəfini qoruyurlar”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolev deyib.

Qurum rəsmisi Valentin Xristov və Boyanka Kostova Türkiyədə keçirilən Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirib. Kolevin sözlərinə görə, bu ağırlıqqaldıranlar öz doğma ölkələrinin heyətində də eyni uğura imza ata bilərdilər: “Ancaq onların çatışmazlığı var və hələ öz üzərlərində çox çalışmalıdırlar. Nə olsun ki, Boyanka yeniyetmələr arasında Olimpiya çempionudur? Vaxtilə Naim Süleymanoğlu da eyni uğura imza atıb. Amma indi reallıq tam fərqlidir. Hazırda Çin ağırlıqqaldıranları meydan sulayırlar. Onlar əsasən Qazaxıstanla rəqabət aparırlar. Qətər yığmasının da formalaşmasında da bolqarların rolu az olmayıb”.

Kolev Azərbaycan yığmasına cəlb olunan Boyanka və Valentin üçün aldıqları transfer pulunu ölkədə ağır atletikanın inkişafına yönəltdiklərini deyib: “Onlar üçün Azərbaycan tərəfindən aldığımız 400 min avro hara xərclənəcəyi tam şəffafdır. Hər şey hesablarda və sənədlərdə əks olunub. Mən həmin pullardan 1 sentə də əl vurmamışam”.