Avro-2012-nin bileti təqdim olundu – FOTO
24.04.2012 - 10:33
Avro-2012-nin bileti təqdim olundu – FOTO
Bu il keçiriləcək Avropa çempionatının final mərhələsinin biletləri təqdim olunub. Apasport.az saytının məlumatına görə, biletin təqdimatı Ukraynanın paytaxtı Kiyevin “Olimpiyski” Milli İdman Kompleksində keçirilib.

Polşa və Ukraynada keçiriləcək çempionatın biletlərinin əsas rəng çaları bənövşəyidir. Biletdə oyunun nömrəsi, çempionatın loqosu, həmçinin oyun iştirakçılarının bayraqları əks olunub. Biletlərin 6-7 qoruyucu haloqramı da var.