Milli komandamıza qalib gəldi, Braziliyaya rəqib oldu
24.04.2012 - 15:47
Milli komandamıza qalib gəldi, Braziliyaya rəqib oldu
London Yay Olimpiya Oyunlarında futbol turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu gün İngiltərə paytaxtında həm kişilər, həm də qadınlardan ibarət yarışın püşkatması keçirilib. Postsovet məkanının yeganə təmsilçisi olan Belarus dünyanın ən güclü yığmalarından olan Braziliya ilə bir qrupa düşüb. O, ötən Avropa çempionatının bürünc medalçısı kimi London Olimpiadasına vəsiqə qazanıb. Belarusluların ora yolu Azərbaycanın 21 yaşlılardan ibarət yığması ilə seçmə mərhələdə bir qrupa düşməklə başlamışdı. Georgi Kondratyevin baş məşqçisi olduğu yığma millimizə həm səfərdə, həm də evdə qalib gələ bilmişdi.

Kişilər
A qrupu: Böyük Britaniya, Seneqal, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay
B qrupu: Meksika, Cənubi Koreya, Qabon, İsveçrə
C qrupu: Braziliya, Misir, Belarus, Yeni Zelandiya
D qrupu: İspaniya, Yaponiya, Honduras, Mərakeş

Qadınlar

A qrupu: Böyük Britaniya, Yeni Zelandiya, Kamerun, Braziliya
B qrupu: Yaponiya, Kanada, İsveç, Cənubi Afrika Respublikası
C qrupu: ABŞ, Fransa, Kolumbiya, Şimali Koreya