“Azərbaycana transferlərimizdən aldığımız pulu hazırlığa sərf edəcəyik ”
25.04.2012 - 11:05
Valentin Xristov və Boyanka Kostovanın Azərbaycan milli komandasını seçməsi Bolqarıstan Ağır Atletika Federasiyasının işinə yarayıb. Apasport.az saytının məlumatına görə, qurumun baş katibi Borislav Gidikov bu transferlər üçün aldıqları 400 min avrodan lazımınca faydalandıqlarını bildirib.
Onun sözlərinə görə, bu məbləğ bolqar atletlərin London Yay Olimpiya Oyunlarına yaxşı hazırlaşmaları üçün yetərlidir: “Bolqarıstan Ağır Atletika Federasiyasının 2 idmançısını Azərbaycana verməsindən yetərincə maddi vəsaiti var. Mən inandırıram ki, bolqar idmançıların London-2012-yə qədər hazırlığı üçün bütün lazımı vəsaitləri sərf edəcəyik. Bu isə onların Olimpiadada uğurlu çıxışına gözəl zəmindir”.
Qeyd edək ki, Xristovla Kostova artıq yığmamızda ilk uğurlarını qazanıblar. Onlar yenicə başa çatan Avropa çempionatında qızıl medallara yiyələniblər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0