Bakıda rekord edən hücumçuya böyük ehtiyac varmış...
25.04.2012 - 14:40
İspaniya milli komandasının bombardiri David Vilya 2012-ci il Avropa çempionatının final mərhələsində iştirak etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu il zədə üzündən oynamayan “Barselona”nın 31 yaşlı hücumçusunun Ukrayna və Polşada keçiriləcək turnirə aparılmağı nəzərdə tutulub.
Vilya yığmasının baş məşqçisi Visente Del Boske ilə görüşərək, AVRO-2012-də iştirakı perspektivi ilə bağlı onunla söhbətləşib. Davidin hələ ötən ilin sonunda klublararası dünya çempionatında ayağı qırılmağı ilə mövsümü vaxtından əvvəl başa vurmağı müəyyənləşdi. Ancaq Del Boske onun mövsümün çox hissəsini buraxmağına baxmayaraq, komandası üçün vacib futbolçu saydığından, əsas bombardirini istifadə etməklə bağlı istənilən şansı nəzərdən keçirməyi düşünür. Bu da təcrübəli mütəxəssisin hücumçu sarıdan korluq çəkməyi ilə bağlıdır. Həkimlərin proqnozuna görə, Vilya mayda sıraya qayıtmalıdır və bununla da onun final mərhələsinə hazırlaşmağa bir neçə həftə vaxtı olacaq.
Qeyd edək ki, David 2009-cu ilin iyunun 9-da Del Boskenin rəhbərliyi altında millimizə Tofiq Bəhramov adına Respublika stadionunda 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə qollardan yarısını vurub. O, hələ ilk hissədə het-trik edərək, millimizin ev oyunlarında buna nail olan yeganə rəqib futbolçu kimi rekord edib. Həmin nəticə isə yığmamızın öz meydanında aldığı ən ağır məğlubiyyətdir.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0