Milli komandamızın oyununda bədbəxt hadisə
27.04.2012 - 11:06
Milli komandamızın oyununda bədbəxt hadisə
Qadın otüstü hokkeyçilər arasında Yaponiyanın Kakamigahara şəhərində keçirilən London Yay Olimpiya Oyunlarının təsnifat yarışında Azərbaycan yığmasının oyununda bədbəxt hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, millimizin Malayziyaya 4:0 hesabı ilə qalib gəldiyi oyunda rəqibin müdafiəçisi Sebak Kari ciddi zədələnib.

Belə ki, oyundan sonra xəstəxanaya aparılan oyunçunun çənəsinin qırıldığı müəyyənləşib. Onun vəziyyəti kafi olduğundan əməliyyat olunacaq.