London-2012: 40-cı lisenziya Çindən gəldi
27.04.2012 - 15:37
London-2012: 40-cı lisenziya Çindən gəldi
Azərbaycan London Yay Olimpiya Oyunlarına 40-cı lisenziyanı qazanıb. Apasport.az saytının məlumatına görə, bu vəsiqəni yığmamıza sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq) qazandırıb.

O, Çinin Tayuan şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə bu uğura imza atıb. Pekin-2008-in bürünc mükafatçısının qazandığı lisenziya isə güləş üzrə milli komandalarımızın 11-ci vəsiqəsidir.