İsrail Azərbaycan yığması üçün oyunla heyətini açıqladı
30.04.2012 - 14:23
İsrail Azərbaycan yığması üçün oyunla heyətini açıqladı
Avqust-sentyabr ayında Türkiyədə keçiriləcək şahmat Olimpiadasında Azərbaycan milli komandasının rəqibi olacaq İsrail yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, kapitan Alon Qrinfeldin tövsiyəsinə əsasən 5 nəfərdən ibarət komanda müəyyənləşdirilib.

Son yarışlarda yığmadan uzaq düşən və əsas diqqəti şahmat tacı uğrunda turnirə yönəldən Boris Gelfand yenidən komandaya cəlb edilib. Belə ki, o birinci lövhədə yarışacaq. Qrinfeld onunla yanaşı, Emil Sutovski, Maksim Rodşteyn, Yevgeni Postnıy və Boris Avruxa da dəvət göndərib.