Yığmamız Londonu Lonatoya dəyişdi
30.04.2012 - 15:15
Londonda atıcılıq üzrə keçirilən Olimpiya test yarışlarından uğursuz çıxış edən Azərbaycan milli komandası İtaliyanın Lonato şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, stend atıcılığı üzrə yığmamızın Apennin yarımadasına səfərində məqsəd orada baş tutacaq Dünya Kubokunun mərhələ yarışına qatılmaqdır.
Mayın 1-8-də keçiriləcək turnirdə ölkəmizi Böyük Britaniya paytaxtında olduğu kimi Olimpiya çempionumuz Zemfira Meftahətdinova, Emin Cəfərov və Elvin İsmayılov təmsil edəcəklər. Onlardan ilk 2-si skit, sonuncusu trap növündə mübarizə aparacaqlar.
Qeyd edək ki, Dünya Kubokuna 75 ölkədən 505 snayper qatılacaq.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0