Teymur Rəcəbov mövqeyini qorudu
01.05.2012 - 10:05
Beynəlxalq Şahmat Federasiyası may ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan milli komandasının aparıcı üzvlərindən yalnız Teymur Rəcəbov mövqeyini qoruyub.
O, 2784 xalla 5-ci pillədədir. Rəcəbovdan fərqli, Vüqar Həşimov (2737) 3, Şəhriyar Məmmədyarov (2726) isə 9 pillə geriləyib. Hazırda onlar müvafiq olaraq, 17 və 22-ci yerləri tuturlar.
Reytinq cədvəlinə 2835 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İkinci yerdə Levon Aronyan (Ermənistan, 2825), üçüncü pillədə isə Vladimir Kramnik (Rusiya, 2801) qərarlaşıb.
Qeyd edək ki, Məmmədyarovun geriləməsində əsas səbəb şəxsi Avropa çempionatında zəif çıxışı və sonda yarışdan imtinasıdır.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0