Avro-2012: İddiasız meydan sahibləri
01.05.2012 - 12:00
Avro-2012: İddiasız meydan sahibləri
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatına başlayır. Qitənin 16 ən güclüsünün təqdimatını meydan sahiblərindən biri - Polşadan başlayırıq.

Polşa yığması tarixində 2-ci dəfə qitə çempionatının final mərhələsində oynayacaq. Onlar ilk dəfə buna ötən çempionatda nail olmuşdular. 13-cü cəhddən seçmə mərhələni adlayıb, Avro-2008-ə qatılan polşalılar bu dəfə həlledici mərhələdə meydan sahibi kimi iştirak edəcəklər.

4 il əvvəl isə polşalılar seçmə mərhələni Azərbaycan milli komandası ilə eyni qrupda oynayaraq adlamışdı. Yığmamızı 5:0 və 3:1 hesabı ilə yenən rəqibimiz Portuqaliya, Serbiya, Belçika, Finlandiya, Ermənistan və Qazaxıstanın da olduğu qrupdan 1-ci yerlə final mərhələsinə yüksəlmişdi.

Lakin Avstriya və İsveçrədə Polşa yığmasını uğursuzluq gözləyirdi. Qrupda sonuncu olan Leo Beenhakkerin yetirmələri 3 oyunda cəmi 1 xal topladı və 1 qol vurmağı bacardı. DÇ-2010-un seçmə mərhələsində biabırçı çıxış edən polşalılar 6 komanda arasında 5-ci oldular.

Dünya çempionatlarında 2 bürünc, Olimpiya oyunlarında 1 qızıl medalı olan Polşa yığması Avropa çempionatında da ilk uğurunu qazanmaq arzusundadır. Onlar yoxlama oyunlarındakı qələbələrdən sonra belə ümidləniblər. Çünki Fil Dişi Sahili, Norveç, hətta Argentina kimi rəqiblər üzərində qələbələr, Almaniya ilə heç-heçə polşalı azarkeşləri ümidləndirsə də, Litva kimi rəqibə 0:2 hesablı məğlubiyyət də unudulmamalıdır.

FİFA reytinqində 65-ci olan Polşa yığmasının yeganə üstünlüyü meydan amilidir. Bu üzdən də onların Rusiya, Çexiya və Yunanıstanla birlikdə yer aldığı A qrupundan ən azı 2-ci yerin sahibi kimi çıxacağı gözlənilir.

Polşa yığması
FİFA reytinqi: 65
İlk oyun: Macarıstan 0:1 (18.12.1921, Budapeşt)
Ən böyük hesablı qələbə: San-Marino 10:0 (01.04.2009, Kyelçe)
Ən böyük hesablı məğlubiyyət: Danimarka 0:8 (26.06.1946, Kopenhagen)
Titulu: Olimpiya çempionu (1972)
Baş məşqçi: Frantişek Jmuda

Avropa çempionatlarında ən yaxşı nəticə: 2008-ci il final mərhələsi
Ən məhsuldar futbolçusu: Vlodziej Lyubanski – 48 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Ebi Smolyarek – 20 qol
Yığmada ən çox oyun: Mihal Jevlyakov – 102
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Dariuş Dudka – 60

 O Q H M T
Final mərhələsi30121-4
Seçmə mərhələ90

38

2428131-100
Cəmi 93382530132-104

Polşa yığması Avropa çempionatlarında
Polşa yığmasının oyunları:
08.06.2012. Varşava. 21:00. Polşa – Yunanıstan
12.06.2012. Varşava. 23:45. Polşa – Rusiya
16.06.2012. Varşava. 23:45. Çexiya - Polşa