Azərbaycan yığması üçün Qvatemala sınağı
03.05.2012 - 10:24
Azərbaycan yığması üçün Qvatemala sınağı
Qvatemalanın Antiqua şəhərində keçiriləcək ağır atletika üzrə gənclər arasında dünya birinciliyinə yollanacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 7-18-də baş tutacaq yarışda ölkəmizi Firudin Quliyev (69 kq) və Nicat Rəhimov (77 kq) təmsil edəcəklər.
Qeyd edək ki, Qvatemalada keçiriləcək dünya birinciliyində Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.