Avro-2012: Sabiqlər
03.05.2012 - 13:15
Gələn ay Polşa və Ukraynada Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını davam etdirir. Qitənin 16 ən güclüsünün təqdimatında bu dəfə A qrupunda mübarizə aparacaq sabiq qitə çempionu Yunanıstan millisidir.
2004-cü ildə sensasion şəkildə Avropa çempionu olan Ellada təmsilçisi 4 il əvvəl əldən verdiyi titulu geri qaytarmaq arzusundadır. Sabiqlər Avropada özündən söz etdirə bilsələr də, Azərbaycan millisi üçün yad sayılır. Çünki Yunanıstan millisi indiyədək yığmamızla qarşılaşmayan 9 Avropa ölkəsindən biridir. Düzdür, yığmamızın “Panionios”da çıxış edən üzvü Araz Abdullayev üçün “mavi-ağlar”ın çoxu tanışdır. Buna səbəb Yunanıstan millisinin əksər üzvlərinin yerli Superliqada oynamasıdır.
Tarixində ilk dəfə qitə çempionatının final mərhələsinə 1980-ci ildə yüksələn yunanlar 3 oyunda 1 xal topladılar. Növbəti dəfə seçmə mərhələni keçmək isə bir də 24 ildən sonra nəsib oldu. Lakin bu dəfə Otto Rehagelin komandası əsl tarix yazdı. Onlar heç kimin gözləmədiyi halda, Portuqaliya stadionlarında “ağalıq” edib, qızıl medalların sahibi oldular.
Həmin zəfərədək 1 dünya və 1 qitə çempionatının final mərhələsində çıxış etmiş Yunanıstan indi ardıcıl 3-cü dəfə Avropa birinciliyinə yollanır.
Çempion kimi yollandığı Avro-2008-də qrup mərhələsində xalsız qalan Rehagelin yetirmələri DÇ-2010-da da qrupdan çıxa bilməmişdi.
Qitə çempionatlarının final mərhələlərində keçirdiyi 12 oyuna 4 qələbə qazanan yunanlar bütün bu uğurları 8 il əvvəl əldə edib. Maraqlıdır ki, bütün qələbələr 1 top fərqilədir.
2010-cu ilin avqustunda yığma ilə tarix yazan Otto Rehagel postunu portuqaliyalı Fernandu Santuşa təhvil verdi. Qarşıdakı çempionat pireneylinin ilk ciddi sınağı olacaq. O, sələfinə layiq əvəzləyici olduğunu yığmadakı möhtəşəm rekordla təsdiqlədi.
Yunanıstan tarixində ilk dəfə milli komanda ardıcıl 17 matçda uduzmadı ki, bu seriya da 6 ay əvvəl qırıldı. Rumıniyaya 1:3 hesablı məğlubiyyətədək yenilgisiz keçirilən 17 qarşılaşmada yunanlar 10 qələbə və 7 heç-heçə edib.
Elə bu məğlubiyyətsizliyin nəticəsində də “mavi-ağlar” seçmə mərhələni qrup birincisi kimi bitirdilər. 8 il əvvəlki komandanı xatırladan yığmadan azarkeşləri məhz buna görə növbəti titul gözləyirlər.
Yunanıstan yığması
FİFA reytinqi: 14
İlk oyun: İtaliya 1:4 (07.04.1929, Afina)
Ən böyük hesablı qələbə: Suriya 8:0 (25.11.1949, Afina)
Ən böyük hesablı məğlubiyyət: Macarıstan 1:11 (25.03.1938, Budapeşt)
Titulu: 2004-cü il Avropa çempionu
Baş məşqçi: Fernandu Santuş (Portuqaliya)
Avropa çempionatlarında ən yaxşı nəticə: 2004-cü ildə I yer
Ən məhsuldar futbolçusu: Nikos Anastopulos - 29 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Angelos Xaristeas - 25 qol
Yığmada ən çox oyun: Teodoros Zaqorakis – 120
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Giorgos Karaqunis – 112
Yunanıstan yığması Avropa çempionatlarında:
Yunanıstan yığmasının oyunları:
08.06.2012. Varşava. 21:00. Polşa – Yunanıstan
12.06.2012. Vrotslav. 21:00. Yunanıstan – Çexiya
16.06.2012. Vrotslav. 23:45. Yunanıstan – Rusiya

| O | Q | H | M | T |
Final mərhələsi | 12 | 4 | 2 | 6 | 9-13 |
Seçmə mərhələ | 100 | 51 | 20 | 29 | 152-109 |
Cəmi | 112 | 55 | 22 | 35 | 161-122 |
Yunanıstan yığmasının oyunları:
08.06.2012. Varşava. 21:00. Polşa – Yunanıstan
12.06.2012. Vrotslav. 21:00. Yunanıstan – Çexiya
16.06.2012. Vrotslav. 23:45. Yunanıstan – Rusiya
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0