Atletlərimiz üçün Xorvatiya və İngiltərə sınağı
03.05.2012 - 17:44
Atletlərimiz üçün Xorvatiya və İngiltərə sınağı
Paralimpiyaçı atletlərdən ibarət Azərbaycan milli komandası Xorvatiyanın paytaxtı Zaqrebə yola düşüb. Milli Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd bu ölkənin atletika üzrə açıq çempionatına qatılmaqdır.

Yarışda Azərbaycanı baş məşqçi Sergey Təhməzovun rəhbərliyi altında 6 idmançı təmsil edəcək. Bu, XIV London Yay Paralimpiya Oyunlarına hazırlıq mərhələsində isə son sınaq deyil. Belə ki, atletlərimiz bundan sonra İngiltərənin Stok-Mandevil şəhərində beynəlxalq təlim-məşq toplanışı keçəcəklər.