Avro-2012: Berti Foqtsun “sındırdığı” yığma
04.05.2012 - 13:30
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Yarış iştirakçılarının təqdim edən apasport.az saytı bu dəfə A qrupunun 4-cü komandası - Çexiya yığmasının keçdiyi yola toxunacaq.
1992-ci ilədək Çexoslovakiyanın tərkibində olan çexiyalılar kifayət qədər uğur əldə ediblər. 1976-cı ildə Avropa, 4 il sonra Olimpiya çempionu olan çexlər müstəqilliyin 20 ili ərzində kifayət qədər uğur qazanıblar. Lakin heç vaxt titul üzü görməyən bu komanda əsasən Avropa çempionatlarında özlərindən söz etdirirlər.
Müstəqillik dövründə qatıldığı bütün seçmə mərhələləri uğurla adlayan çexlər ardıcıl 5-ci dəfə final mərhələsində oynayacaqlar. Hələlik ən böyük uğur elə ilk yarışda qazanılıb. Finala qədər irəliləyən çexiyalılar sonda Almaniya yığmasına uduzmuşdular. 1996-cı ildə çexiyalıların çempionluq arzusunu hazırda millimizi çalışdıran Berti Foqtsun rəhbərlik etdiyi Bundestim gözündə qoymuşdu.
Həmin vaxt futbolçu kimi yığma karyerasını başa vuran Mihal Bilek baş məşqçi kimi də Foqtsdan dərs alıb. Belə ki, onun yeni təyin olunduğu yığma Azərbaycan millisi ilə yoldaşlıq oyununda da 0:2 hesabına üzülmüşdü.
Vitse-çempion Avro-2000-in seçmə mərhələsini 100 faizlik nəticə ilə başa vurmaqla, turnirin favoriti sayılırdı. Lakin ardıcıl 10 qələbənin ardını final mərhələsində gətirə bilməyən Çexiya qrupda qaldı. Avro-2004-ə də məğlubiyyətsiz çıxan komanda yarımfinala qədər irəliləməyi bacardı. Bununla, bürünc medal qazanan çexiyalılar qitə miqyasında 2-ci mükafatını əldə etdi.
Avro-2008-ə də seçmə mərhələni qrup qalibi başa vuran komanda sonra fiasko yaşadı. Çexiyalıları qrupda Türkiyə yığması saxladı. Ardınca başlanan seçmə mərhələdə isə onları Avropa çempionu İspaniya gözləyirdi. Tarixində ilk dəfə final mərhələsinə çətinliklə yüksələn çexiyalılar pley-offa da güc-bəla ilə yüksəldilər. Qrupda hətta Litvaya uduzan Bilekin yetirmələri Şotlandiya ilə II yer uğrunda mübarizəni sonda öz xeyrinə həll edə bildi. Orada isə Çernoqoriya ilə matçlardakı qələbələr komandanın işinə yaradı. Bu çətinliklərin əvəzində final mərhələsinin püşkü onların üzünə güldü. Belə ki, çexiyalılar o qədər də güclü sayılmayan A qrupunda yer alıblar.
Çexiya yığması
FİFA reytinqi: 26
İlk oyun: Türkiyə 4:1 (23.02.1994, İstanbul)
Ən böyük hesablı qələbə: Andorra 8:1 (04.06.2005, Liberets), San-Marino 7:0 (07.06.2006, Liberets), San-Marino 7:0 (09.09.2009, Uherske),
Ən böyük hesablı məğlubiyyət: İsveçrə 0:3 (20.04.1994, Sürix), Norveç 0:3 (10.08.2011, Oslo)
Titulu: yoxdur
Baş məşqçi: Mihal Bilek
Avropa çempionatlarında ən yaxşı nəticə: 1996-cı ildə II yer
Ən məhsuldar futbolçusu: Yan Koller – 55 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Milan Barroş – 40 qol
Yığmada ən çox oyun: Karel Poborski - 118
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Petr Çex – 89
Çexiya yığması Avropa çempionatlarında:
Çexiya yığmasının oyunları:
08.06.2012. Vrotslav. 23:45. Rusiya – Çexiya
12.06.2012. Vrotslav. 21:00. Yunanıstan – Çexiya
16.06.2012. Varşava. 23:45. Çexiya – Polşa

| O | Q | H | M | T |
Final mərhələsi | 17 | 8 | 2 | 7 | 25-22 |
Seçmə mərhələ | 50 | 38 | 7 | 5 | 112-29 |
Cəmi | 67 | 46 | 9 | 12 | 137-51 |
Çexiya yığmasının oyunları:
08.06.2012. Vrotslav. 23:45. Rusiya – Çexiya
12.06.2012. Vrotslav. 21:00. Yunanıstan – Çexiya
16.06.2012. Varşava. 23:45. Çexiya – Polşa
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0