Qadın boksçularımız dünya çempionatına hazırlaşırlar
04.05.2012 - 15:35
Boks üzrə qadınlardan ibarət milli komandamız dünya çempionatına hazırlaşır. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın 3 üzvü – Anna Əlimərdanova (51 kq), Ayzanat Hacıyeva (60 kq) və Yelena Vıstropova (75 kq) hazırda Astanada təlim-məşq toplanışındadır.
Boksçularımız “Avtomobilist” bazasında Ukrayna və Qazaxıstan idmançıları ilə birgə hazırlıq keçirlər. Yığmamızın üzvləri mayın 8-də Çinin Quançjao şəhərinə yollanacaqlar.
Xatırladaq ki, mayın 11-də bu şəhərdə London Olimpiadasına lisenziya verən dünya çempionatı start götürəcək. Olimpiya oyunlarında qadınların boks yarışı 3 çəki dərəcəsində - 51, 60 və 75 kq çəki dərəcələrində keçiriləcək. Milli komandamızın üzvləri Qazaxıstana getməmişdən öncə Yunanıstanda təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak ediblər. Həmin yarışda Yelena Vıstropova 3-cü yerə layiq görülüb. Qadınlar arasında dünya çempionatında həmyerlimiz Rövşən Hüseynov hakimlik edəcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0