Kifayət Qasımova Qran-prinin qalibi oldu
06.05.2012 - 09:32
Bakıda keçirilən cüdo üzrə Qran-pri turnirinin ilk gününə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın birinci gündə tatamiyə çıxan Azərbaycan milli komandasının 16 idmançısından 9-u medal qazanıb.
Belə ki, Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev (60 kq), Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) bütün rəqiblərinə qalib gələrək, Qran-prinin qalibi adını qazanıblar. Yalnız finalda uduzan Vəfa Eyvazova (48kq) və Gülşən Nəzərova (52 kq) gümüş medalla kifayətləniblər. Yığmamızın heyətində Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Tərlan Kərimov (66 kq) və Turanə Seyidi (52 kq) isə 3-cü yeri tutublar.
Qeyd edək ki, bu gün daha 23 cüdoçumuz nəyə qadir olduğunu göstərəcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0