Azərbaycan yığması üçün CAR nümunəsi
06.05.2012 - 13:16
Azərbaycan yığması üçün CAR nümunəsi
Otüstü hokkey üzrə London Yay Olimpiya Oyunlarında iştirak edəcək 24 komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 12 kişi və 12 qadın yığması Yaponiyanın Kakamigahara şəhərində keçirilən təsnifat turnirindən sonra müəyyənləşib.

Olimpiadaya ümumilikdə 24 komanda qatılacaq ki, bunlar da 15 ölkəni təmsil edirlər. Hollandiya, Böyük Britaniya, Koreya, Argentina, Almaniya, Yeni Zelandiya, Avstraliya və Cənubi Afrika Respublikası (CAR) həm kişilərin, həm də qadınların yarışında təmsil olunacaqlar. London-2012-də otüstü hokkey turniri isə iyulun 27-dən avqustun 12-dək olacaq.

Qadınlar
A qrupu: Hollandiya, Böyük Britaniya, Çin, Koreya, Yaponiya, Belçika.
B qrupu: Argentina, Almaniya, Yeni Zelandiya, Avstraliya, ABŞ, Cənubi Afrika Respublikası.

Kişilər
A qrupu: Avstraliya, Böyük Britaniya, İspaniya, Pakistan, Argentina, Cənubi Afrika Respublikası
B qrupu: Almaniya, Hollandiya, Koreya, Yeni Zelandiya, Hindistan, Belçika.

Qeyd edək ki, qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan yığması isə lisenziya uğrunda son matçda Yaponiyaya məğlub olublar. Bu gün başa çatan kişi idmançıların yarışında isə ev sahibləri CAR yığması ilə bacarmayıb (1:2) və möhtəşəm oyunlara yollanmaq şanslarını itiriblər.