Təsadüfi çempionlar
07.05.2012 - 12:30
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını B qrupunun komandaları ilə davam etdirir. Qitə çempionu, ən az mükafatçı olmağa namizədlərin yer aldığı “Ölüm qrupu”nda nisbətən az şanslı görünən Danimarka millisidir.
Zəngin tarixə malik olmasına baxmayaraq, şimallıların nadir uğurları ötən əsrin 90-cı illəri ilə bağlıdır. İlk uğur 20 il əvvəl əldə olunub. Avropa çempionatının final mərhələsinə buraxılmayan Yuqoslaviyanın əvəzinə gözlənilmədən yarışa çağırılan Danimarka yığması vəsiqə qazanmadığı Avro-1992-ni qızıl medalla bitirmişdi. Elə həmin uğurdan sonra da çoxları onları təsadüfi çempion kimi tanıyır. Həmin çempionluqla Konfederasiyalar kubokuna yüksələn şimallılar 3 il sonra həmin turnirin qalibi oldular.
İndiyədək heç vaxt Azərbaycanla qarşılaşmayan danimarkalılar yığmamızın alman çalışdırıcısı Berti Foqtsun “siftə”sini korlamışdı. İngiltərə və Fransanı məğlub edən şimallılar yarımfinalda İsveçə son qitə çempionu kimi gələn Hollandiyanı mübarizədən kənarlaşdırdı. Finalda isə dünya çempionları Almaniya futbolçuları yeni baş məşqçi Foqtsla ilk böyük turnirdə qızıla doğru irəliləyirdi. Lakin danimarkalılar Foqtsun yetirmələrini də məğlub etməyi bacardılar – 2:0.
Avro-1984-ün yarımfinalçısı da olan Danimarka yığması son 2 qitə birinciliyinin seçmə mərhələlərini fərqli keçirir. Avro-2008-in seçmə mərhələsini adlaya bilməyən danimarkalılar İsveçlə ev oyunundakı texniki məğlubiyyətin əziyyətini çəkdi. Bu dəfə isə Portuqaliya ilə son turun oyunundakı qələbə danimarkalılara qrup birinciliyi gətirdi.
Danimarka yığması ilə bağlı daha 1 maraqlı fakt isə onun baş məşqçisidir. Belə ki, Morten Olsen Avropada nadir məşqçilərindən sayılır ki, yığma ilə 12 ildir çalışır. 2000-ci ildə bu posta təyin olunan mütəxəssis 2 dünya və 2 qitə çempionatının final mərhələsində iş başında olub.
Danimarka yığması
FİFA reytinqi: 9
İlk oyun: Smirna 5:1 (23.04.1906, Afina, qeyri-rəsmi), Fransa 9:0 (19.10.1908, London, rəsmi)
Ən böyük hesablı qələbə: Fransa 17:1 (22.10.1908, London)
Ən böyük hesablı məğlubiyyət: Basklar ölkəsi 1:11 (29.08.1937, Danimarka, qeyri-rəsmi), Almaniya 0:8 (16.05.1937, Breslau)
Titulu: 1992-ci il Avropa çempionu, 1995-ci il Konfederasiyalar kubokunun qalibi
Baş məşqçi: Morten Olsen
Avropa çempionatlarında ən yaxşı nəticə: 1992-ci ildə I yer
Ən məhsuldar futbolçusu: Poul Nilsen, Yan-Dal Tomasson – hərəyə 52 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Dennis Rommedal – 21 qol
Yığmada ən çox oyun: Peter Şmeyxel - 129
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Dennis Rommedal – 113
Danimarka yığması Avropa çempionatlarında:
Danimarka yığmasının oyunları:
09.06.2012. Xarkov. 21:00. Hollandiya – Danimarka
13.06.2012. Lvov. 21:00. Danimarka – Portuqaliya
17.06.2012. Lvov. 23:45. Danimarka – Almaniya

| O | Q | H | M | T | |
|---|---|---|---|---|---|
| Final mərhələsi | 25 | 7 | 6 | 12 | 27-38 |
| Seçmə mərhələ | 104 | 49 | 23 | 32 | 176-130 |
| Cəmi | 129 | 56 | 29 | 44 | 203-168 |
Danimarka yığmasının oyunları:
09.06.2012. Xarkov. 21:00. Hollandiya – Danimarka
13.06.2012. Lvov. 21:00. Danimarka – Portuqaliya
17.06.2012. Lvov. 23:45. Danimarka – Almaniya
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0