Əfsanə idmandan gedir
10.05.2012 - 17:27
Əfsanə idmandan gedir
Dünya idmanının əfsanəsi Maykl Felps karyerasını bitirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, olimpiya oyunları tarixinin ən titullu idmançısı üçün London Olimpiadası son sınaq olacaq. Üzgüçülük üzrə 14 qat olimpiya çempionu olan ABŞ təmsilçisi 2 ay sonra start götürəcək yarışın başa çatması ilə karyerasını bitirəcəyini açıqlayıb.

Qeyd edək ki, Felps 2004-cü il Olimpiya Oyunlarında 6, 4 il əvvəlki yarışda isə 8 qızıl medal qazanmışdı.