Penalti vura bilməyən komanda
11.05.2012 - 12:32
Penalti vura bilməyən komanda
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını “Ölüm qrupu” kimi tanınan B qrupu komandaları ilə davam etdirir. Polşa və Ukrayna meydanlarına favorit kimi yollananlardan biri də Hollandiya yığmasıdır.

Təxminən 40 ildir ki, “narıncılar” planetin ən güclü yığmaları sırasındadır. Buna baxmayaraq Hollandiya futbolçuları yalnız 1 dəfə titul qazana bilib. Bu da 24 il əvvəl keçirilən Avropa çempionatında gerçəkləşib.

Hərçənd Hollandiya yığması tarixində 3 dəfə dünya çempionatlarının finalınadək yüksəlib. Lakin hər dəfə onların qarşısını kəsən tapılıb. 1974-cü ildə hazırda Azərbaycan milli komandasının baş məşqçisi olan Berti Foqtsun da futbolçu kimi heyətində yer aldığı AFR yığması çempionluğu bayram edib. 4 il sonra isə Argentina millisi qələbəni bayram edib. 2 il əvvəl isə “narıncılar”ın çempionluq ümidini İspaniya puç etdi.

24 il əvvəl isə Avropa çempionatına SSRI yığmasına məğlubiyyətlə başlayan Hollandiya sonda çempionluq sevinci yaşadı. Finalda qrupdakı məğlubiyyətin əvəzini SSRİ-dən çıxan Rinus Mixelsin yetirmələri Marko van Basten və Ruud Qullitin qolları ilə kuboka yiyələndi.

Həmin vaxtdan istisnasız olaraq qitə çempionatlarının final mərhələsinə yüksəlməsinə baxmayaraq Hollandiya həlledici matçadək irəliləmir. Bunların 3-də onlar finalın 1 addımlığında dayanıb. 1992, 2000 və 2004-cü illərdə yarımfinalda uduzmaqla bürünc mükafat qazanan hollandiyalılar bunların ilk ikisində penaltilər seriyasında yenilib. Ümumiyyətlə bu yığmanın ən böyük dərdi penalti seriyasıdır. Qitə çempionatlarında 6 dəfə “lotereya”da bəxtini sınayan hollandlar 5 dəfə məğlub olub.

Avro-2012-yə seçmə mərhələnin qrup qalibi kimi yüksələn Hollandiya bunu ardıcıl 9 qələbə ilə rəsmiləşdirdi. Sona 1 tur qalmış vəsiqəni təmin edən Bert van Marveykin yetirmələri son matçda İsveçə uduzdu – 2:3. “Narıncılar” seçmə mərhələnin ən məhsuldar komandası oldular. Bunda San-Marino ilə oyunun da rolu oldu. Yığma tarixinin ən böyükhesablı qələbəsinin bu seçmə mərhələdə qazanılması Hollandiya millisinin ən yaxşı dövrlərindən birini yaşamasını göstərir.

Hollandiya yığması

FİFA reytinqi: 4
İlk oyun: Belçika 4:1 (30.04.1909, Antverpen)
Ən böyükhesablı qələbə: San-Marino 11:0 (02.09.2011, Eyndhoven)
Ən böyükhesablı məğlubiyyət: İngiltərə 2:12 (21.12.1907, Darlinqton)
Titulları: 1988-ci il Avropa çempionu
Baş məşqçi: Bert van Marveyk
Avropa çempionatlarında ən yaxşı nəticə: 1988-cı ildə I yer
Ən məhsuldar futbolçusu: Patrik Klayvert – 40
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Ruud van Nistelroy - 35 qol
Yığmada ən çox oyun: Edvin van der Sar – 130
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Rafael van der Vaart – 93

Hollandiya yığması Avropa çempionatlarında:

 OQ H MT
Final mərhələsi32178755-32
Seçmə mərhələ99671418233-71
Cəmi131842225288-103


Hollandiya yığmasının oyunları:
09.06.2012. Xarkov. 21:00. Hollandiya – Danimarka
13.06.2012. Xarkov. 23:45. Hollandiya – Almaniya
17.06.2012. Xarkov. 23:45. Portuqaliya - Hollandiya