AVRO-2012-nin kuboku Kiyevə gətirildi
12.05.2012 - 09:47
2012-ci il Avropa çempionatının (AVRO-2012) qalibinə veriləcək baş mükafat Kiyevə gətirilib. Apasport.az saytının məlumatına görə, turnirin əsas yaradıcısı olan Anri Delonennin şərəfinə adlandırılan kubok final oyununun keçiriləcəyi Ukrayna paytaxtındadır. 16 yığma 1 ay ərzində qazanmaq uğrunda mübarizə aparacağı həmin kubok gümüşdən hazırlanaraq, 8 kiloqram çəkiyə, 60 santimetr hündürlüyə malikdir.
Kubok rəsmi təqdimatdan sonra küçələrə çıxarılaraq, insanların onu görməyinə imkan yaradılıb. Ardından mükafat baraban çalan qızların və şəhər orkestrinin müşayiəti ilə Müstəqillik meydanına aparılıb. O, həmin yerdən Azadlıq abidəsinin aşağısında xüsusi şüşəli yerə qoyulub.
Bu istirahət günləri kuboku bütün arzulayanlar görə biləcək. Ondan sonra mükafat Ukraynanın bir sıra şəhərləri – Donetsk, Xarkov, Lvov, İvano-Frankovsk, Odessa və Dnepropetrovskda təqdim olunacaq.
Qeyd edək ki, final mərhələsinə iyunun 8-də Varşavada start götürülərək, həlledici matç iyulun 1-də Kiyevdə keçiriləcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0