Rəşad Sadıqov yenidən Türkiyəyə yollanacaq
12.05.2012 - 14:30
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov yenidən Türkiyəyə yollanacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, “Qarabağ”ın müdafiəçisinin Premyer Liqanın son turunda “Xəzər Lənkəran”la səfər oyununda zədələnməyi ilə bağlıdır. Rəşad oyunun sonuna yaxın zədələndiyindən, meydanı yarımçıq tərk etməli olub. Ağdamlılar hər 3 dəyişiklik hüququndan yararlandığımıza görə komandamız oyunu 10 nəfərlə bitirməli oldu.
Sadıqovun aldığı xəsarətin ağır olması onun meydana qayıtmasını əngəlləyib. İlkin müayinə 30 yaşlı müdafiəçinin vəziyyətinin qənaətbəxş olmadığını müəyyənləşdirib. Komandanın tibbi xidməti topuğundan aldığı zədənin dərəcəsini konkrektləşdirmək üçün Sadıqovu əvvəllərdə müayinədə, hətta əməliyyatda olduğu Türkiyəyə yola salmağı uyğun görüb. Qardaş ölkədə müayinə olunacaq futbolçunun nə vaxt sıraya dönəcəyi məlum deyil.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0