İlk medalımız “kiçik gümüş” oldu
14.05.2012 - 12:10
Qvatemalanın Antiqua şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, səfərə 2 atletlə yollanan Azərbaycan milli komandasının 1 üzvü - Firudin Quliyev (69 kq) bu gün körpücük üzərinə çıxıb.
İdmançımız birdən qaldırma hərəkətində uğursuz çıxış edib. İlk cəhdində 130 kq-ı başı üzərinə qaldıran Firudin, daha sonra sifariş verdiyi 134 kq-ın öhdəsindən iki yanaşmada gələ bilməyib. Bu nəticə idmançımıza yalnız 11-ci olmaq imkanı verib.
Təkanla qaldırma hərəkəti isə onun üçün yaxşı alınıb. Əvvəlcə 171 kq, sonra isə 176 kq-ın öhdəsindən gələn Firudin, son yanaşmasında 181 kq-ı qaldıra bilməyib. Buna baxmayaraq, o, bu hərəkətdə dünya çempionatının “kiçik gümüş”ünü əldə edib.
Toplamda 306 kq (130 kq + 176 kq) nəticə göstərən Firudin ümumi sıralamada isə 5-ci pilləni tutub.
Qeyd edək ki, mundialda sabah körpücük üzərinə daha bir atletimiz çıxacaq. Nicat Rəhimov 77 kq çəki dərəcəsində mübarizə aparacaq. Qvatemala ilə Azərbaycan arasında 11 saat fərq olduğundan, o, Bakı vaxtı ilə səhər saat 7-də yarışacaq.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0