Messidən üçqat rekord
14.05.2012 - 12:48
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni rekord müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, argentinalı hücumçu 2011-2012-ci il mövsümündə İspaniya çempionatında 50 qol vurub.
Onun əsas rəqibi, “Real Madrid”də çıxış edən Kriştianu Ronaldu isə 46 qolla kifayətlənib. Messi artıq ikinci mövsüm bombardir olur. 25 yaşlı forvard 2009-2010-cu il mövsümündə rəqib qapılarının torunu 34 dəfə silkələyib.
Bu mövsüm Messi həm də “Barselona” tarixinin ən yaxşı bombardirinə çevrilib. Hesabında 252 qol olan argentinalı futbolçu bütün dövrlərin qolçusu Sezar Rodrigesi 20 top qabaqlayıb.
Nəhayət, mövsümün son oyunu – “Barsa”nın mayın 25-də “Atletik”lə keçirəcəyi ölkə kubokunun final matçı öncəsi “Qızıl top”un 3 qat sahibinin hesabında 72 qol var. Bu göstəricidə Messi 1972-1973-cü il mövsümündə Almaniya “Bavariya”sının heyətində 67 qol vurmuş Herd Mülleri qabaqlayır.
Qeyd edək ki, “Barselona” İspaniya çempionatını gümüş medalla başa vurub.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0