Berti Foqtsu qovanlar
14.05.2012 - 23:02
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını C qrupu komandaları ilə davam etdirir. Polşa və Ukrayna meydanlarında çıxış edəcək Xorvatiya yığması kifayət qədər gənc olsa da, final mərhələlərində böyük təcrübəyə malikdir.
Əvvəllər Yuqoslaviyanın tərkibində olan Xorvatiya futbolçuları elə ilk cəhddən Avro-1996-nın final mərhələsinə yüksəliblər. Bundan sonra yalnız 2000-ci ildə seçmə mərhələni adlaya bilməyən yığma 4 dəfə qitə çempionatının həlledici oyunlarında iştirak edib.
İlk cəhdi uğurlu alınan komanda məşhur Miroslav Blajeviçin baş məşqçiliyi altında İngiltərədə 1/4 finala qədər irəliləyib. Lakin Avro-96-nın qalibi olan Almaniya millisi onların qarşısını alıb. Buna baxmayaraq, xorvatlar Berti Foqts və komandasından qisas almağı bacarıblar. 2 il sonra dünya çempionatının final mərhələsində Bundestimi 1/4 finalda 3:0 məğlub edən xorvatiyalılar Azərbaycan yığmasının indiki baş məşqçisinin Almaniya millisini tərk etməsində pay sahibi oldular.
Avro-2000-də final mərhələsinə çıxmayan xorvatiyalılar 4 il sonra bunu bacarıb. Lakin bu dəfə də qrupda qalıb. Son çempionatda isə qrupdakı hər 3 oyunu qələbə ilə başa vurublar. Növbəti dəfə Almaniya yığmasını udmaqlarına baxmayaraq Xorvatiya yığması uzağa gedə bilməyib. 1/4 finalda penaltilər seriyasında Türkiyəyə uduzan komanda 12 il əvvəlki nailiyyətini yaxşılaşdırmağı bacarmayıb.
Bundan sonra Biliçin yetirmələri türkiyəlilərdən qisas alanadək qara zolaqdan çıxmayıb. DÇ-2010-nin seçmə mərhələsini adlaya bilməyən yığma Avro-2012-yə də çətinliklə yüksəlib. Belə ki, Yunanıstanla eyni qrupda birinci olmağı bacarmayan xorvatiyalılar pley-off səddi keçməli olub. Burada onları köhnə “tanış” – Türkiyə gözləyirdi. Qisasını yenə - almanlardan olduğu kimi böyük hesabla alan sabiq yuqoslaviyalılar qalib gəlməklə (3:0 və 0:0) final mərhələsinə yüksəlməyi bacardı.
Xorvatiya yığması
FİFA reytinqi: 8
İlk oyun: ABŞ 2:1 (17.10.1990, Zaqreb)
Ən böyükhesablı qələbə: Avstraliya 7:0 (06.06.1998, Zaqreb), Andorra 7:0 (07.10.2006, Zaqreb)
Ən böyükhesablı məğlubiyyət: İngiltərə 1:5 (09.09.2009, London)
Titulu: yoxdur
Baş məşqçi: Slaven Biliç
Avropa çempionatlarında ən yaxşı nəticə: 1996, 2008-ci illərdə 1/4 final
Ən məhsuldar futbolçusu: Davor Şuker – 45 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Eduardo – 22 qol
Yığmada ən çox oyun: Dario Şimiç - 100
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Yosip Şimunek – 92
Xorvatiya yığması Avropa çempionatlarında:
Xorvatiya yığmasının oyunları:
10.06.2012. Poznan. 23:45. İrlandiya – Xorvatiya
14.06.2012. Poznan. 21:00. İtaliya – Xorvatiya
18.06.2012. Qdansk. 23:45. Xorvatiya – İspaniya

| O | Q | H | M | T | |
|---|---|---|---|---|---|
| Final mərhələsi | 11 | 5 | 3 | 3 | 14-13 |
| Seçmə mərhələ | 52 | 34 | 11 | 7 | 98-34 |
| Cəmi | 63 | 39 | 14 | 10 | 112-47 |
Xorvatiya yığmasının oyunları:
10.06.2012. Poznan. 23:45. İrlandiya – Xorvatiya
14.06.2012. Poznan. 21:00. İtaliya – Xorvatiya
18.06.2012. Qdansk. 23:45. Xorvatiya – İspaniya
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0