Boksçularımız 15 medal qazandılar
15.05.2012 - 09:01
Şağan Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Hindistan, Özbəkistan, Macarıstan, Bolqarıstan, İsrail, Türkiyə və Gürcüstan boksçuları da iştirak edib.
Milli komandamız yarışda 3 heyətlə mübarizə aparıb. Yığmamızın üzvləri 5 qızıl, 5 gümüş və 5 bürünc medala sahib olublar. Elnur Şəfizadə (48 kq), Tayfur Əliyev (50 kq), İman Əhmədli (60 kq), Nicat Sadıqov (75 kq) və Məhəmmədəli Tahirov (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sirac Süleymanov (63 kq), Ramin Hacıyev (66 kq), Şamil Əliyev (70 kq), Orxan Əliyev (80 kq) və Sahib Şükürov (+80 kq) yalnız həlledici görüşdə uduzaraq, 2-ci yerlə kifayətləniblər. Rüfət Hüseynov, Elşən Abbasov, Məsud Yusifzadə, Cavid Quliyev və Çingiz Hacıyev 3-cü yerə layiq görülüblər.
Digər çəki dərəcələrində Daniel Lapin, Vitali Tereşuk, Aleksey Tokarçuk (hamısı Ukrayna), Naven Kumar Kakara (Hindistan), Aleksey Lomonosov (Rusiya), Şahromjon Yadigarov (Özbəkistan), Ramazan Tenekel (Qazaxıstan), Blaqoy Naydenov (Bolqarıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0