Həmyerlimiz Matadan 1 addım geridə - FOTO
15.05.2012 - 09:29
Həmyerlimiz Matadan 1 addım geridə - FOTO
Qvatemalanın Antiqua şəhərində keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatında Azərbaycan milli komandası çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, bu gün yığmamızla səfərə yollanan ikinci ağırlıqqaldıranımız - Nicat Rəhimov (77 kq) da körpücük üzərinə çıxıb.

Birdən qaldırma hərəkətində 148 kq çəkini başı üzərinə qaldıran təmsilçimiz bu nəticə ilə 5-ci yeri tutub. 2010-cu ildə yeniyetmələr arasında ilk Olimpiya çempionumuz təkanla qaldırma hərəkətində isə daha uğurlu çıxış edib. 3 yanaşmanın sonunda 185 kq-ın öhdəsindən gələn Rəhimov, bu hərəkətdə “kiçik bürünc” qazanıb.

Toplamda 333 kq (148 kq+185 kq) ilə dünya 4-cüsü olan Nicata medalçılar sırasına qoşulmaq üçün cəmi 3 kq çatmayıb. Qalib adını isə 342 kq (155 kq+187 kq) çəkini ram edən Dmitri Xomyakov (Rusiya) qazanıb. Jimin Quo (Çin, 160 kq+180 kq=340 kq) gümüş, Andres Mata (İspaniya, 150 kq+186 kq=336 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, səfərə 2 atletlə yollanan yığmamızın heyətində Rəhimovdan öncə Firudin Quliyev (69 kq) təkanla qaldırmada “kiçik gümüş” qazanmışdı və yekun nəticədə 5-ci yeri tutmuşdu.