AVRO-2012-yə ilk heyəti İsveç yığması açıqladı
15.05.2012 - 09:38
AVRO-2012-yə ilk heyəti İsveç yığması açıqladı
2012-ci il Avropa çempionatının final mərhələsinə son heyəti açıqlayan ilk yığma İsveç olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Erik Hamren Polşa və Ukraynaya aparacağı 23 futbolçudan ibarət siyahını açıqlayıb. Bunlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi və 5-i hücumçudur. Yığmada daha çox ölkədən kənarda çıxış edən futbolçular yer alıb. Belə ki, 23 futbolçudan 20-si legioner, yalnız 3-ü İsveç çempionatında çıxış edənlərdir.

Zlatan İbrahimoviçin lideri olduğu İsveç yığmasında Türkiyə Superliqasından 2 futbolçu var ki, bunlardan biri hücumdakı tərəfdaşı, “Qalatasaray”la çempion olan Yohan Elmanderdir.

Qapıçılar: Pyer Hansson (“Helsinborq”), Andreas İsaksson (PSV, Hollandiya), Yohan Viland (“Kopenhagen”, Danimarka)

Müdafiəçilər: Mikael Antonsson (“Bolonya”, İtaliya), Andreas Qrankvits (“Cenoa”, İtaliya), Mikeal Lustiq (“Seltik, Şotlandiya), Olaf Mellberq (“Olimpiakos”, Yunanıstan), Yonas Olsson (“Vest Bromviç”, İngiltərə), Martin Olsson (“Blekbern”, İngiltərə), Behranq Safari (“Anderlext”, Belçika)

Yarımmüdafiəçilər: Elmir Bayrami (“Tvente”, Hollandiya), Rasmus Elm (“Alkmaar”, Hollandiya), Samuel Holmen (“İstanbul Böyükşəhir Bələdiyyəspor”, Türkiyə), Kim Kellstrem (“Lion”, Fransa), Sebastyan Larsson (“Sanderlend”, İngiltərə), Anders Svensson (“Elfsborq”), Pontus Vernblum (MOİK, Rusiya), Kristian Vilhelmsson (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı)

Hücumçular: Yohan Elmander (“Qalatasaray”, Türkiyə), Tobias Hyusen (“Höteborq”), Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Markus Rozenberq (“Verder”, Almaniya), Ola Toyvonen (PSV, Hollandiya)

Qeyd edək ki, İsveç yığması Ukrayna, Fransa və İngiltərə milliləri ilə birgə D qrupunda yer alıb.