Millimizin rəqibi AVRO-2012-yə 7 hücumçu aparır
15.05.2012 - 10:56
Millimizin rəqibi AVRO-2012-yə 7 hücumçu aparır
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığması AVRO-2012 üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Paulu Bentu Rikardo “Real”ın müdafiəçisi Rikardo Karvalyo, “Çelsi”dən Paulu Fereyra, “Beşiktaş”dan Manuel Fernandes, Simao Sambroza kimi tanınmış futbolçuların adlarını 23 nəfərlik heyətə daxil etməyib.

Qapıçıların hər üçünün Portuqaliya çempionatından olmağı diqqəti çəkir. Qalan mövqelərdə 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 5 hücumçu yer alıb. Sözsüz ki, rəqibimizin kapitanı Kriştianu Ronaldonun liderlik etdiyi yığmanın əsas gücü orta sahəsi və hücum xəttidir. Nani ilə Kuarejmanı da hücumçu saysaq, 7 ön xətt oyunçusu yer alıb.

Qapıçılar: Rui Patrisio (”Sportinq”), Karlos Eduardo (“Benfika”), Beto (“Portu”)

Müdafiəçilər: Bruno Alveş (“Zenit”, Rusiya), Pepe, Fabio Koentrao (hər ikisi “Real”, İspaniya), Rolando (“Portu”), Rikardo Kosta (“Volfsburq”, Almaniya), Joao Pereyra (“Sportinq”), Migel Lopes (“Braqa”)

Yarımmüdafiəçilər: Raul Meyreleş (“Çelsi”, İngiltərə), Migel Velozo (“Cenoa”, İtaliya), Joa Moutinyo (“Porto”), Ruben Mikael (“Saraqosa”, İspaniya), Karlos Martins (“Qranada”, İspaniya), Migel Kustidio (“Braqa”), Nani (“Mançester Yunayted”), Rikardo Kuarejma (“Beşiktaş”, Türkiyə)

Hücumçular: Kriştianu Ronaldo (“Real”, İspaniya), Uqo Almeyda (“Beşiktaş”, Türkiyə), Silvestr Varela (“Portu”), Elder Poştiqa (“Saraqosa”, İspaniya), Nelson Oliveyra (“Benfika”)

Qeyd edək ki, Portuqaliya yığması ən güclü olan B qrupunda Almaniya, Hollandiya və Danimarka yığmalarına rəqib olub.