Dünyada “at oynadanlar”
17.05.2012 - 12:49
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını C qrupu komandaları ilə davam etdirir.
Dünya çempionatları tarixinin ən titullu yığmalarından olan İtaliya qitə arenasında uzun illərdir uğurun həsrətindədir. 44 ilik çempionluq həsrətinə Polşa və Ukrayna meydanlarında son qoymağa çalışacaq apenninlilər yarışın favoriti sayılmasa da, onlardan həmişə nəsə gözləməyə dəyər.
1968-ci ildə qazanılan çempionluqdan 32 il sonra İtaliya yığması növbəti qızıl medallarını əldə etməyə yaxın idi. Lakin Zinəddin Zidanın arxasınca daşıdığı Fransa yarımada təmsilçisini finalda məğlub edə bildi. Düzdür, italiyalılar 6 il sonra DÇ-2006-nın finalında bunun əvəzini çıxdı. Lakin qitə çempionluğu əldən getmişdi.
1980 və 1988-ci illərdə isə apenninlilər finalın 1 addımlığında “büdrəyib”. Sonuncu halda, onların qarşısını kəsən SSRİ yığması 4 il sonra İtaliyanın uğurlu seriyasını da qırdı. Belə ki, yarımada futbolçuları Avropam çempionatlarının final mərhələlərində yalnız 1 dəfə çıxmayıb. Bu da 1992-ci ildə olub. Həmin vaxt SSRİ yığmasının varisi olan MDB onların qarşısını seçmə mərhələdə kəsmişdi.
DÇ-lərdə daha uğurlu çıxış edən italiyalılar 6 il əvvəlki qazanılan son çempionluqdan sonra geriləməyə başladı. 2 il əvvəl final mərhələsində hətta qrup sonuncusu oldu.
Lakin Avro-2012-nin seçmə mərhələsi çox uğurlu alındı. Çezare Prandellinin yetirmələri uduzmamaqla yanaşı 26 xal topladı ki, bu da milli üçün rekord sayılır. Bu matçlarda yığma cəmi 2 dəfə topu qapısından çıxarmalı oldu.
İtaliya yığması
FİFA reytinqi: 12
İlk oyun: Fransa 6:2 (15.05.1910, Milan)
Ən böyükhesablı qələbə: ABŞ 9:0 (02.08.1948, Brentford, İngiltərə)
Ən böyükhesablı məğlubiyyət: Macarıstan 1:7 (06.04.1924, Budapeşt)
Titulu: 1934, 1938, 1982, 2006-cı illər dünya çempionu, 1968-ci il Avropa çempionu, 1936-cı il Olimpiya çempionu
Baş məşqçi: Çezare Prandelli
Avropa çempionatlarında ən yaxşı nəticə: 1968-ci il Avropa çempionu
Ən məhsuldar futbolçusu: Luici Riva – 35 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Alessandro del Pyero - 27 qol
Yığmada ən çox oyun: Fabio Kannavaro – 136
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Canluici Buffon – 112
İtaliya yığması Avropa çempionatlarında:
İtaliya yığmasının oyunları:
10.06.2012. Qdansk. 21:00. İspaniya - İtaliya
14.06.2012. Poznan. 21:00. İtaliya – Xorvatiya
18.06.2012. Qdansk. 23:45. İtaliya – İrlandiya

| O | Q | H | M | T | |
|---|---|---|---|---|---|
| Final mərhələsi | 27 | 11 | 12 | 4 | 27-18 |
| Seçmə mərhələ | 98 | 56 | 28 | 14 | 168-65 |
| Cəmi | 125 | 67 | 40 | 18 | 195-83 |
İtaliya yığmasının oyunları:
10.06.2012. Qdansk. 21:00. İspaniya - İtaliya
14.06.2012. Poznan. 21:00. İtaliya – Xorvatiya
18.06.2012. Qdansk. 23:45. İtaliya – İrlandiya
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0