Boksçumuz dünya çempionatının yarımfinalında!
16.05.2012 - 21:27
Azərbaycan boksçusu Yelena Vıstropova (75 kq) Çin Xalq Respublikasının Quançjao şəhərində keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb. Apasport.az saytının xəbərinə görə, milli komandamızın üzvü ¼ final mərhələsində ukraynalı Liliya Durniyevanı 12:5 hesabı ilə məğlub edib.
Bu, Vıstropovanın dünya çempionatında 4-cü qələbəsi olub. Boksçumuz yarımfinalda İsveç idmançısı Anna Laurellə üz-üzə gələcək. Amma Vıstropova hələ ki Olimpiya oyunlarına lisenziya qazanmayıb.
Yarışın əsasnaməsində hər çəkidə 8 idmançının London-2012-yə gedəcəyi göstərilsə də, vəsiqələr qitələr üzrə bölüşdürülür. 75 kq çəki dərəcəsində Avropanın 3, Amerikanın 2, Afrikanın 1, Asiya və Okeaniyanın 1 təmsilçısinə lisenziya veriləcək.
Digər vəsiqələr isə boksda zəif inkişaf etmiş ölkələrin nümayəndələrinə təqdim olunacaq. Əgər həmyerlimiz yarımfinalda İsveç idmançısına uduzsa, olimpiadaya yollanmaq üçün onun çempion olmasını arzu etməlidir. Yarımfinal döyüşləri mayın 18-də keçiriləcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0