Planetin ən güclüsü
18.05.2012 - 09:00
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını C qrupu komandaları ilə davam etdirir.
Bu qrupda təqdim etdiyimiz sonuncu komanda planetin ən güclüsü İspaniya yığmasıdır. 4 il əvvəl Avropa, 2 il əvvəl dünyanın ən yaxşısı olan İspaniya millisi Polşa və Ukrayna meydanlarına titulunu qorumaq üçün yollanır.
Hazırkı dünya və Avropa çempionu FİFA reytinqində də hamıdan öndə qərarlaşıb. Bu isə pireneyliləri Avro-2012-nin əsas favoriti olduğunu göstərir. Seçmə mərhələnin 8 oyununda 8 qələbə qazanmaqla 100 faizlik nəticə göstərən Visente del Boskenin yetirmələri titulunu qorumaq iddiasında olduğunu göstərib.
İspaniya yığması 4 il əvvəlki uğurunu təkrarlaya bilsə, yeni rekorda imza atacaq. Belə ki, onlar ardıcıl 3 böyük turnirdə qalib adını qazanan ilk komanda kimi futbol tarixinə düşəcəklər.
Çünki indiyədək heç bir yığma ardıcıl dünya və qitə çempionatlarında 3 çempionluq qazanmayıb. Avstriya və isveçrədəki çempionata qədər 44 ildir hətta yarımfinala da həsrət olan İspaniya millisi həm də Almaniya kimi 3 qat Avropa çempionu da ola bilər. Bu isə yarışın rekordudur.
Almaniyanın rekorduna şərik olmaq iddiasında olan ispaniyalılar artıq bir göstəricini təkrarlayıb. Seçmə mərhələdəki 100 faizlik nəticə ilə onlar turnirin tarixində buna nail olan 5-ci komanda olublar.
Lakin titulunu qorumaq pireneylilər üçün o qədər də asan olmayacaq. Qızıl heyətinin böyük hissəsini qorumasına baxmayaraq çempionlar Avro-2012-yə qol silahları olmadan yollanmaq təhlükəsi ilə üz-üzədir. Son 2 turnirin ulduzları Fernando Torres və David Vilyanın durumu del Boskeni narahat etməyə bilməz. Torres qeyri sabit oynadığından çətin ki Polşa və Ukraynaya aparılsın. Zədəli olan Vilyanın sağalıb-sağalmayacağı, hansı formada olacağı da sual altındadır. Onların yoxluğunda əfsanəvi Raulun milliyə qaytarılacağı ehtimal olunur. Hətta del Boske və futbolçunun özü də buna eyham vurublar. Lakin istənilən halda çempionların turnirdəki ən zəif nöqtəsi hücumda olacaq.
İspaniya yığması
FİFA reytinqi: 1
İlk oyun: Danimarka 1:0 (28.08.1920, Brüssel, Belçika)
Ən böyükhesablı qələbə: Bolqarıstan 13:0 (21.05.1933, Madrid)
Ən böyükhesablı məğlubiyyət: İtaliya 1:7 (04.08.1928, Amsterdam, Hollandiya), İngiltərə 1:7 (09.12.1931, London)
Titulu: 2010-cu il dünya çempionu, 1964 və 2008-ci illər Avropa çempionu, 1992-ci il Olimpiya çempionu
Baş məşqçi: Visente del Boske
Avropa çempionatlarında ən yaxşı nəticə: 1964 və 2008-ci illər Avropa çempionu
Ən məhsuldar futbolçusu: David Vilya – 51 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: David Vilya – 51 qol
Yığmada ən çox oyun: İker Kasilyas – 127
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: İker Kasilyas – 127
İspaniya yığması Avropa çempionatlarında:
İspaniya yığmasının oyunları:
10.06.2012. Qdansk. 21:00. İspaniya - İtaliya
14.06.2012. Qdansk. 23:45. İspaniya – İrlandiya
18.06.2012. Qdansk. 23:45. Xorvatiya – İspaniya

| O | Q | H | M | T | |
|---|---|---|---|---|---|
| Final mərhələsi | 30 | 13 | 9 | 8 | 38-31 |
| Seçmə mərhələ | 105 | 72 | 16 | 17 | 260-83 |
| Cəmi | 135 | 85 | 25 | 25 | 298-114 |
İspaniya yığmasının oyunları:
10.06.2012. Qdansk. 21:00. İspaniya - İtaliya
14.06.2012. Qdansk. 23:45. İspaniya – İrlandiya
18.06.2012. Qdansk. 23:45. Xorvatiya – İspaniya
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0