Azərbaycan tarixində ilk: Qadın boksçumuz olimpiadada!
18.05.2012 - 16:11
Azərbaycan tarixində ilk: Qadın boksçumuz olimpiadada!
Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarına 52-ci lisenziyanı qazanıblar. Apasport.az saytının xəbərinə görə, Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında Yelena Vıstropova planetin ən böyük yarışında iştirak etmək hüququ qazanıb.

75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinalda İsveç nümayəndəsi Anna Laurellə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən döyüşdə millimizin üzvü 16:15 hesabı ilə qələbə qazanıb.
Sonuncu – 4-cü raundda boksçumuz rəqibini nokdauna salıb. Bu, Azərbaycan dəri əlcək ustalarının artıq 8-ci lisenziyadır. Buna qədər kişilərdən ibarət milli komandamızın üzvləri London Olimpiadasına 7 vəsiqə əldə etmişdilər.

Xatırladaq ki, Vıstropova boksda ölkəmizi olimpiadada təmsil edəcək ilk xanım idmançı kimi tarixə düşüb.