Milan uğursuzluğu
21.05.2012 - 10:38
Milan uğursuzluğu
İtaliyanın Milan şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda son olaraq hədəf önünə Ruslan Lunyov çıxıb.

10 m məsafəyə atəşaçmada 63-cü olan snayperimiz 25 m məsafədən atəşaçmada 27-ci yeri tutub. O, bu dəfə 517 xal toplayıb.

Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən digər həmyerlimiz İradə Aşumova da mükafatçılar sırasına düşməmişdi. O, ilk cəhdində 44-cü (10 m), ardınca isə 20-ci (25 m) yer tutmuşdu.