Olimpiya çempionumuz 22-ci yerdə
21.05.2012 - 12:24
Larnakada stend atıcılığı üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, səfərə 9 nəfərlə yollanan Azərbaycan milli komandasının 5 snayperi yarışda artıq nəyə qadir olduqlarını nümayiş etdiriblər.
Təəssüf ki, son illər mötəbər turnirlərdə ciddi uğura imza ata bilməyən snayperlərimiz yenə medal qazana bilməyiblər. Hafiz Cəfərovun yetirmələrindən isə ən yaxşı nəticəni Olimpiya çempionumuz Zemfira Meftahətdinova göstərib. 64 xal toplayan həmyerlimiz 22-ci yeri tutub. Onun kimi skit növündə yarışan Emin Cəfərov 30-cu (118), Xanhüseyn Bağırov 59-cu (108) pilləyə sahib çıxıb.
Gənc atıcıların mübarizəsində isə Niyaz Əlizadə 37-ci (101), Fuad Qurbanov 38-ci (98) olub.
Qeyd edək ki, mayın 26-da başa çatacaq yarışda digər 4 snayperimiz - Elçin Babayev və Elvin İsmayılov (böyüklər), Əlimirzə Qurbanov və Əli Hüseynli (hamısı trap, gənclər) hələ hədəf önünə keçməyiblər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0