Nəriman Abdullayev: Onun rinqdə ayağı burxuldu - MÜSAHİBƏ
21.05.2012 - 14:26
Boks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nəriman Abdullayevin apasport.az saytına müsahibəsi
- Belarusda keçirilən beynəlxalq turnirə London-2012-yə lisenziya qazanan boksçulardan cəmi 4 nəfərlə - Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq) və Məhəmmədrəsul Məcidovla (+91kq) ilə yollanmışdınız. Digərlərini Minskə aparmamağınızın səbəbi nə idi?
- Bizdə hər şey plana uyğun şəkildə gedir. Lakin səfər öncəsi bəzi zədələr oldu ki, o da 3 idmançımızın yarışa qatılmasına maneçilk törətdi. Belarusa getməzdən 1 gün öncə Teymur Məmmədovun rinqdə ayağı burxuldu və xəstəxanaya aparıldı. Sonra isə ayağı şişdiyi üçün onu turnirə aparmadıq. Vətən Hüseynlinin (81 kq) də burnunda zədəsi var. Soltan Migitinov (75 kq) isə müayinədən keçirdi. Bu səbəbdən də deyə bilərəm ki, nəsə ciddi problem yox idi.
- Bəs indi onların vəziyyətləri necədir? Məşqlərə başlayıblarmı?
- Artıq hər şey qaydasındadır, hazırlıqlarını davam etdirirlər.
- Yarışda iştirak edən olimpiyaçılarımızdan Məmişzadə qızıl, Məcidov gümüş medal qazandı. Ümumilikdə, komandamızın çıxışından razı qaldızmı?
- Təbii ki. Yaxşı döyüşdülər. Burada iştirakda əsas təcrübə toplamaqdır və bunların hər biri sınaq görüşləridir.
- Olimpiya proqramına əsasən Zaqatala və ya Qəbələdə təlim-məşq toplanışı keçməlisiz. Haraya yollanacağınız dəqiqləşibmi?
- Bəli, hazırlığımızı Qəbələdə davam etdirəcəyik. Oraya mayın 25-də və ya 26-da yollanacağıq. Məşqlərimiz isə təxminən 15-18 gün davam edəcək.
- Necə fikirləşirsiz, boksçularımızda hansısa “axsamalar” müşahidə olunurmu? Çünki sizdən öncə komandamızı çalışdıran rusiyalı Yevgeni Kotov fiziki durumdan şikayətlənirdi...
- Məşqlərimiz Olimpiya proqramına uyğun gedir. Hansısa çatışmazlıq olsa, bunu olimpiadayadək aradan qaldırmağa çalışırıq. İnşallah, London-2012-yə hər şey yaxşı olacaq.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0