Bakı Olimpiada-2020-də mübarizəni dayandırdı
24.05.2012 - 08:15
Bakının 2020-ci il Yay Olimpiya və Paralampiya Oyunlarını keçirmək istəyi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, paytaxtımız Doha (Qətər) ilə birgə bu mötəbər turniri keçirməyə iddialı olan şəhərlərin şort-listinə düşməyib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Kanadanın Kvebek şəhərində keçirilən iclasında mərhələ adlayan şəhərlərin adları açıqlanıb. Belə ki, 5 iddiaçı şəhərdən İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokionun (Yaponiya) namizəd kimi mübarizəni davam etdirəcəyi qərara alınıb. BOK-un İcraiyyə Komitəsinin üzvləri ilk müzakirə günündə məruzələrə əsasən şansları dəyərləndirib. Nəticədə Bakı ilə Dohanın kənarda qalmağı ilə bağlı qərar çıxarılıb.
Xarici mütəxəssislərin ehtimallara görə Dohada yay vaxtı həddindən artıq havaların isti keçməsi ilə bağlı, Bakı isə geniş miqyaslı idman yarışmalarının təcrübəsinin olmamağı ilə bağlı namizədlər siyahısından çıxarılıblar. Olimpiadanın hansı şəhərdə keçirilməsi barədə son qərar 2013-cü ilin sentyabrında veriləcək.
Qeyd edək ki, paytaxtımız 2016-cı Yay Olimpiya və Paralimpiya Oyunlarını da keçirmək iddiasını irəli sürsə də, həmin vaxtda da ilk mərhələdə mübarizəni dayandırmışdı.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0