Futbolun yaradıcıları
24.05.2012 - 23:01
Futbolun yaradıcıları
Gələn ay Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin startına cəmi 15 gün qalıb. Yarış iştirakçılarını təqdim edən apasport.az saytı silsilə yazılarını yekunlaşdırır. Oxucularımıza sonuncu təqdim etdiyimiz yığma isə futbolun yaradıcıları olan İngiltərədir.

Britaniya təmsilçiləri Avro-2012-də günahlarını yumaq niyyətindədir. Belə ki, İngiltərə yığması 4 il əvvəl final mərhələsinə də həsrət qalmışdı. Ümumiyyətlə də qitə çempionatları futbolun yaradıcıları üçün o qədər də uğurlu alınmır.

Təsadüfi deyil ki, dünyanın ən qocaman yığması bu turnirlərdə finala həsrətdir. Onların ən yaxşı uğuru isə 44 il əvvəl 3-cü yeri tutmaq olub. Həmin uğur 1996-cı ildə təkrarlanıb.

Özü də 16 il əvvəl İngiltərənin finala yolunu gələcək çempion Almaniya kəsib. Almaniya ki, baş məşqçi postunu hazırda Azərbaycan milli komandasına rəhbərlik edən Berti Foqts rəhbərlik edirdi. Ümumiyyətlə isə ingilislərlə almanların öz haqq-hesabı var. Hər dəfə futbolun yaradıcılarını məğlub edən almanlar “futbolu 22 nəfər oynayır, almanlar udur” deyiminin formalaşmasına səbəb olub.

Bu 2 komandanın oyunlarının belə prinsipial xarakter alması isə 46 il əvvəldən başlayıb. Tarixinin ilk və yeganə çempionluğunu öz meydanlarındakı DÇ-66-da qazanan ingilislər finalda məhz AFR-ı məğlub etmişdilər. Özü də indiyədək mübahisə mövzusu olan qolla. Həmin qolu isə yan xətt hakimi olan azərbaycanlı laysman Tofiq Bəhramovun göstərişi ilə referi qeydə almışdı.

Məhz həmyerlimizin gördüyü qol sayəsində yeganə böyük titulunu əldə edən futbolun yaradıcıları Avropa çempionatlarının final mərhələlərində qrupda qalmağa adət edib. 7 dəfə final mərhələsinə yüksələn komanda 4 dəfə elə qrupda mübarizəni dayandırıb. 1 dəfə ¼ finala yüksəlib. Daha 2 dəfə isə qeyd etdiyimiz kimi 3-cülüklə kifayətlənib.

Seçmə mərhələni məğlubiyyətsiz keçib Avro-2012-yə qrup qalibi kimi çıxan İngiltərə yığması bu ilin əvvəlində həmin uğurun memarı Fabio Kapello ilə yollarını ayırıb. Komandanın kapitanı Con Terri ilə problemi üzündən millidən gedən italiyalı 2008-ci ildən rəhbərlik etdiyi millidə kifayət qədər iş görə bilmişdi. Düzdür, onun avxtında komanda DÇ-2010-nun 1/8 finalında almanlardan növbəti zərbə almışdı – 1:4.

İngiltərə yığması

FİFA reytinqi: 7
İlk oyun: Şotlandiya 0:0 (30.11.1872, Partik)
Ən böyükhesablı qələbə: İrlandiya 13:0 (18.02.1882, Belfast)
Ən böyükhesablı məğlubiyyət: Macarıstan 1:7 (23.05.1954, Budapeşt)
Titulu: 1966-cı il dünya çempionu
Baş məşqçi: Roy Hocson
Avropa çempionatlarında ən yaxşı nəticə: 1968 və 1996-cı illərdə III yer
Ən məhsuldar futbolçusu: Bobbi Çarlton - 49 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Maykl Ouen - 40 qol
Yığmada ən çox oyun: Peter Şilton – 125
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Devid Bekhem – 115

İngiltərə yığması Avropa çempionatlarında:

 OQHMT
Final mərhələsi2377931-28
Seçmə mərhələ90562410190-55
Cəmi113633119221-83


İngiltərə yığmasının oyunları:
11.06.2012. Donetsk. 21:00. Fransa – İngiltərə
15.06.2012. Kiyev. 23:45. İngiltərə - İsveç
19.06.2012. Donetsk. 23:45. İngiltərə - Ukrayna