Olimpiyaçılarımız Qəbələdə hazırlıq keçirlər
25.05.2012 - 12:10
London Yay Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləş üzrə Azərbaycan milli komandası mayın 22-dən etibarən Qəbələdə təlim-məşq toplanışına başlayıb. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Saypulla Absaidov və böyük məşqçı Firdovsi Umudovun rəhbərliyi altında hazırlığa ümumilikdə 14 pəhləvanımız yollanıb. İyunun 9-dək davam edəcək təlim-məşq toplanışında London Olimpiadasına vəsiqə qazanmış güləşçilərimiz, eləcə də hər an onları əvəzləməyə qadir olan idmançılarımız iştirak edirlər.
Belə ki, olimpiadada təmsil olunacağımız çəkilərdə uğurla çıxış etmək üçün Toğrul Əsgərov və Hacı Əliyev (60 kq), Cəbrayıl Həsənov, Ruslan Dibirhacıyev və Ağahüseyn Mustafayev (66 kq), Əşrəf Əliyev və Aleksandr Qostiyev (74 kq), Şərif Şərifov və Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov, Hacı Əlicanov və Hacı Şərifov (96 kq), Cəmaləddin Məhəmmədov və Əli Maqomedabirov 20 gün ərzində xüsusi proqram əsasında Qəbələdə hazırlıq keçəcəklər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0