“Böyük Dəbilqə”də 1 bürünc medal
28.05.2012 - 09:35
Moskvada keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Rusiyaya 5 idmançı ilə yollanan Azərbaycan milli komandasının qazancı 1 bürünc medal olub.
Belə ki, yığmamızın heyətində İlqar Müşkiyev (60 kq) fərqlənib. 1/4 finaldan mübarizəyə qoşulan həmyerlimiz ilk döyüşündə Robert Mşvidobadzeni (Rusiya) məğlub etsə də, yarımfinalda Tumurxuleq Davaadorja (Monqolustan) uduzaraq, fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Digər cüdoçularımızdan Elnur Məmmədli (90 kq) və Elmar Qasımov (100 kq) isə 5-ci yerlə kifayətləniblər. Onlar da yalnız ilk döyüşlərində müvafiq olaraq, komanda yoldaşları - Ramin Qurbanov və Elxan Məmmədovu mübarizədən kənarlaşdırıblar. Lakin hər 2-si növbəti mərhələdə uduzublar.
Qeyd edək ki, Məmmədli və Məmmədov öz çəki dərəcələrində qüvvələrini sınamırlar.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0