AVRO-2012: Polşa yekun heyətini açıqladı
28.05.2012 - 13:25
AVRO-2012: Polşa yekun heyətini açıqladı
Polşa yığması 2012-ci il Avropa çempionatının final mərhələsi üçün yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Frantişek Smuda həlledici matçlarda güvənəcəyi 23 futbolçunu müəyyənləşdirib.

Onun düşərgədə saxladığı oyunçulardan cəmi 6-sı Polşa çempionatında top qovur. Digər 17 nəfər isə 7 ölkədə müxtəlif klublarda forma geyinir.

Qapıçılar: Voysex Şensnı (Arsenal, İngiltərə), Pşemıslav Tıton (PSV, Hollandiya), Qjeqoj Sandomerski (Yaqelloniya).

Müdafiəçilər: Lukaş Pişek (Borussiya D, Almaniya), Martsin Vasilevski (Anderlext, Belçika), Yakub Vavjinyak (Legiya), Martsin Kaminski, Qjeqoj Voytkovyak (hər ikisi Lex), Sebastiyan Beniş (Verder, Almaniya), Damyen Perkis (Soşo, Fransa).

Yarımmüdafiəçilər: Euqen Polanski (Maynts, Almaniya), Dariuş Dudka (Oser, Fransa), Adam Matuşik (Fortuna, Almaniya), Adrian Mejeyevski (Trabzonspor, Türkiyə), Yakub Blaşikovski (Borussiya D, Almaniya), Lyudovik Obranyak (Bordo, Fransa), Matsey Rıbus (Terek, Rusiya), Kamil Qrositski (Sivasspor, Türkiyə), Rafal Muravski (Lex), Rafal Volski (Legiya).

Hücumçular: Robert Levandovski (Borussiya D, Almaniya), Artur Sobex (Hannover, Almaniya), Pavel Brojek (Seltik, Şotlandiya).

Qeyd edək ki, 16 ən güclü millinin qatılacağı final mərhələsinin meydan sahiblərindən biri - Polşa Rusiya, Yunanıstan və Çexiya yığmaları ilə birgə A qrupunda yer alıb.