AVRO-2012: Yunanıstanın yekun heyəti bilindi
29.05.2012 - 08:51
AVRO-2012: Yunanıstanın yekun heyəti bilindi
Yunanıstan milli komandasının 2012-ci il Avropa çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fernandu Santuş həlledici oyunlara aparacağı 23 futbolçunu müəyyənləşdirib.

Bunlardan 16-sı Yunanıstan çempionatın oynayanlar, digərləri isə legionerlərdir.

Qapıçılar: Aleksandros Tsorvas (“Palermo”, İtaliya), Mixail Sifakis (“Aris”), Konstas Xalkias (PAOK).

Müdafiəçilər: Vasilis Torosidis (“Olimpiakos”), Kiriakos Papadopulos (“Şalke-04”, Almaniya), Sokratis Papastatopulos (“Verder”, Almaniya), Avraam Papadopulos (“Olimpiakos”), Xose Xolebas (“Olimpiakos”), Qeorqios Tsavelas (“Monako”, Fransa), Stelios Malezas (PAOK).

Yarımmüdafiəçilər: Konstantinos Katsuranis (“Panatinaikos”), Qeorqios Karaqunis (“Panatinaikos”), İoannis Manniatis (“Olimpiakos”), Qeorqios Fotakis (PAOK), Qriqorios Makos (AEK), İoannis Fetfatsidis (“Olimpiakos”), Sotirios Ninis (“Panatinaikos”), Kostas Fortunis (“Kayzerslautern”, Almaniya).

Hücumçular: Dimitrios Salpinqidis (PAOK), Qeorqios Samaras (“Seltik”, Şotlandiya), Nikos Liberopulos (AEK), Teofanis Qekas (“Samsunspor”, Turkiyə), Konstantinos Mitroqlu (“Atromitos”).

Qeyd edək ki, yunanlar Polşa, Rusiya və Çexiya ilə A qrupunda yer alıblar.