Olimpiyaçılarımız hazırlıqlarını Koreyada keçəcəklər
29.05.2012 - 10:52
London Olimpiadasına vəsiqə qazanan Azərbaycan taekvondoçuları qarşıdakı məsul yarışa son hazırlıqları keçmək üçün Koreyaya yollanıblar. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun birinci vitse-prezidenti Füzuli Musayevin rəhbərlik etdiyi idmançı heyətinə Olimpiada iştirakçıları Ramin Əzizov (80 kq), Fəridə Əzizova (67 kq), eləcə də Bayraməli Vəliyev (80 kq) və Səbinə Mikayılova (62 kq) daxil edilib.
Olimpiya komandasının baş məşqçisi Conq Conqbay və Sun Mi Parkın, həmçinin məşqçi Elnur Amanovun nəzarətində olan taekvondoçularımız 1 aylıq təlim-məşqlərin ardından vətənə dönəcəklər. İdmançılarımız bir sıra yoxlama görüşlərində də sınaqdan keçiriləcəklər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0