Azərbaycanlı futbolçu AVRO-2012-də
30.05.2012 - 09:05
Azərbaycanlı futbolçu AVRO-2012-də
2012-ci il Avropa çempionatının final mərhələsinin meydan sahiblərindən biri – Ukrayna milli komandası həlledici oyunlar üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Oleq Bloxin müəyyənləşdirdiyi siyahıya 21 yerli, 2 legionerin adını daxil edib.

O, final mərhələsində Azərbaycan kökləri olan Aleksandr Əliyevə də şans verib.

Qapıçılar: Aleksandr Qoryainov (“Metallist” Xarkov), Maksim Koval (“Dinamo” Kiyev), Andrey Pyatov (“Şaxter”).

Müdafiəçilər: Yaroslav Rakitski, Aleksandr Kuçer, Vyaçeslav Şevçuk (hamısı “Şaxter”), Taras Mixalik, Yevqeni Xaçeridi (hamısı “Dinamo” Kiyev), Boqdan Butko (“İliçevets»), Yevqeni Selin (“Vorskla”).

Yarımmüdafiəçilər: Aleksandr Əliyev, Denis Qarmaş, Oleq Qusev, Andrey Yarmolenko (hamısı “Dinamo” Kiyev), Yevqeni Konoplyanka, Ruslan Rotan (hər ikisi “Dnepr”), Serqey Nazarenko (“Tavriya”), Anatoli Timoşuk (“Bavariya, Almaniya).

Hücumçular: Artem Milevski, Andrey Şevçenko (hər ikisi “Dinamo” Kiyev), Marko Deviç (“Metallist”), Yevqeni Seleznyev (“Şaxter”), Andrey Voronin (“Dinamo” Moskva, Rusiya).

Qeyd edək ki, Ukrayna Fransa, İngiltərə və İsveç yığmaları ilə eyni qrupda yer alıb.