Ramil Quliyevin yazdığını oxuyan yoxdu
30.05.2012 - 12:59
Azərbaycanlı sprinter Ramil Quliyevin Türkiyə yığmasının heyətində Olimpiadaya yollanmaq şansı günbəgün azalır. Apasport.az saytının məlumatına görə, ötən il qonşu ölkə vətəndaşlığını seçən həmyerlimiz Beynəlxalq Atletika Federasiyasının (İAAF) yekun qərarını gözləyir.
Lakin idmançı məşqlərinə ara verməyərək, hazırlığını davam etdirir. Türkiyəli həmkarlarımızla söhbətində bunu bir daha vurğulayan Ramil artıq zədəsinin də sağalmaq üzrə olduğunu bildirib: “İzmirdə keçirilən Superliqa yarışında 100 m məsafəni 10,64 saniyəyə qət etdim və çempion oldum. Qarşıdakı həftədə Ankarada baş tutacaq finallarda da eyni uğuru hədəfləyirəm. Bu il İstanbulda keçiriləcək beynəlxalq turnirdə və Avropa Qran-pri yarışlarında qaçmaq istəyirəm”.
Quliyevin şəxsi məşqçisi Oleq Muxin isə Ramilin Olimpiadaya yollana bilməyəcəyi halda, ən əsas hədəfinin dünya çempionatı olduğunu deyib: “Ən böyük istəyimiz 2013-cü ildə dünya çempionatında ilk “3-lük”də yer almaqdır”.
Qeyd edək ki, Quliyevin London-2012-yə yollanmaq şansı hələ açıq qalıb. Azərbaycan adına Olimpiadaya getmək istəməyən atlet “ay-ulduzlu” formanı geyinmək üçün Beynəlxalq Atletika Federasiyasına yazdığı xahiş məktubundan hələ cavab almayıb.
Qaydalara görə isə Ramil 3 il Azərbaycanın icazəsi olmadan Türkiyəni təmsil edə bilməz.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0