AVRO-2012: Hansı klubun futbolçusu daha çoxdur?
30.05.2012 - 13:45
AVRO-2012: Hansı klubun futbolçusu daha çoxdur?
AVRO-2012-də ən çox futbolçusu olan klubların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Polşa və Ukraynada keçiriləcək final mərhələsində iştirak edəcək 16 milli komandanın şərəfini qoruyan 368 oyunçu siyahısına “Bavariya” başçılıq edir. Münhenlilərin həlledici mərhələyə 13 üzvünü göndəriblər.

Bu siyahıda ikinci yeri “Real” tutur. AVRO-2012-də 12 futbolçusu Madrid klubunu “təmsil” edəcək. İlk “üçlüyü” isə Kiyev “Dinamo”su qapayır. Onlar 16 yığmaya “Real”dan 2 futbolçu az göndəriblər.

Daha sonrakı yerlərdə “Şaxtyor” (Donetsk), “Çelsi” (hər ikisi 9), “Arsenal”, “Barselona”, “Zenit”, “Mançester Siti” və Borussiya D (hamısı 8) qərarlaşıblar.

Qeyd edək ki, ən beynəlmiləl klub isə “Arsenal”dır. Onların 8 futbolçusu 7 millinin heyətinə cəlb olunub.