Milli komandanın baş məşqçisi həbs olundu
30.05.2012 - 16:33
Milli komandanın baş məşqçisi həbs olundu
Atletika üzrə Belarus millisinin baş məşqçisi Anatoli Baduyev Milli Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilib. Apasport.az saytının məlumatına görə, onun azadlıqdan məhrum edilməsi “Milli idmanın Olimpiya sürüşməsi” məqaləsinin “Killer” hissəsi ilə bağlı olması ehtimal edilir.

Belə ki, “KQB” Baduyevi 2 cinayət əməlinə görə tutub. Bunlar rüşvət verməyə məcbur edilmə və sponsor vəsaitlərinin mənimsənilməsidir. Bunun üçün də belaruslular London-2012-yə yeni baş məşqçi ilə yollanmaq arzusundadırlar. Təyinatın isə sabah rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, yığma çalışdırıcısı Belarus Atletika Federasiyasının İdarə Heyətinin üzvü Aleksandr Troşilo olacaq.