“Budəfəki çempionu kiçik detallar müəyyənləşdirəcək”
31.05.2012 - 23:02
“Budəfəki çempionu kiçik detallar müəyyənləşdirəcək”
Almaniya millisinin baş məşqçisi Yoahim Löv komandasının Avro-2012-dəki şanslarını dəyərləndirib. Apasport.az saytının xəbərinə görə, "Kicker"ə danışan almaniyalı mütəxəssis bu turnirdə məğlub olmaq haqda düşünmədiklərini bildirib: "İlk oyunumuz Portuqaliyaya qarşı olacaq və bu görüşə ciddi hazırlaşırıq. Avro-2012-də məğlub olmaq haqda düşünmürük. Komanda olaraq daha da artırmışıq. Ancaq bu, heç də hər şey demək deyil. Budəfəki çempionu kiçik detallar müəyyənləşdirəcək. Almaniya ilə yanaşı, Portuqaliya, Hollandiya və İspaniya yığmaları da turnirin favoriti hesab olunur".

Qeyd edək ki, Almaniya millisi Avro-2012-də ilk matçını iyunun 9-da Portuqaliyaya qarşı keçirəcək.