“Əsas problem nominal hücumçumuzun olmaması ilə bağlıdır”
02.06.2012 - 09:25
“Əsas problem nominal hücumçumuzun olmaması ilə bağlıdır”
“Norveç yığması layiqli qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının (U-21) baş məşqçisi Bernhard Lippert deyib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Norveç – Azərbaycan (1:0) oyunundan sonra almaniyalı mütəxəssis çoxlu top itirdiklərini bildirib: “Hücumda da lazımi təzyiq göstərə bilmədik. Əsas problem nominal hücumçumuzun olmaması ilə bağlı idi. Komanda ümumilikdə zəif ola bilər, amma hücumçusuz heç bir uğur qazanmaq mümkün deyil”.

Mənbə: affa.az